219
Arxiv
Xəbərlər
Geri
Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
26.11.2025 /
İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunda (ABİF) Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib.
Görüşdə nümayəndə heyətinə ABİF-in maliyyə mexanizmləri ilə bağlı ətraflı məlumat verilib. Həmçinin maliyyə sektorunun inkişafı, mikro, kiçik və orta bizneslərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, eləcə də dayanıqlı və inklüziv maliyyələşmənin təşviqi üzrə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı müzakirələr aparılıb.
