421 Arxiv
Xəbərlər

Geri

Qubada sahibkarlarla görüş keçirilib 26.11.2025 / Görüşlər

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sahibkarlığın inkişafına dəstək” mövzusunda görüş keçirilib.

Görüşdə ABİF-in, İcra Hakimiyyətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, müvəkkil kredit təşkilatlarının nümayəndələri və sahibkarlar iştirak ediblər. Tədbir çərçivəsində iqtisadiyyatın müxtəlif sahələri üzrə Qubada fəaliyyət göstərən sahibkarlara Fondun maliyyə mexanizmləri barədə ətraflı məlumat verilib. Həmçinin sahibkarları maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib.