404 Arxiv
Xəbərlər

Geri

"S&P Global Ratings” agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib 21.11.2025 / Görüşlər

Azərbaycan Biznesinin İnkişafı Fondunda "S&P Global Ratings” agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib.

Görüş zamanı Fondun fəaliyyət istiqamətləri, prioritetləri və sahibkarlığın maliyyələşdirilməsi mexanizmləri barədə ətraflı fikir mübadiləsi aparılmışdır. S&P nümayəndələri Fondun kredit və investisiya portfelinin dinamikası, risklərin idarə olunması sistemi, regionlarda biznes mühitinin dəstəklənməsi istiqamətlərində həyata keçirilən tədbirlərlə bağlı məlumatlandırılmışdır. Həmçinin tərəflər arasındakı əməkdaşlığın davam etdirilməsi istiqamətində müzakirələr aparılmışdır.