245 Arxiv
Xəbərlər

Geri

Sumqayıtda sahibkarlarla görüş keçirilib 29.10.2025 / Görüşlər

Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sahibkarlığın inkişafına dəstək” mövzusunda görüş keçirilib.

Görüşdə ABİF-in, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri və sahibkarlar iştirak ediblər. Tədbir çərçivəsində sahibkarlara Fondun güzəştli kredit və zəmanət-subsidiya mexanizmləri barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.