Biznes planın hazırlanması proseduru

İnvestisiya layihələrinin tərtib edilməsinə dair minimal tələblərin (Biznes plan) formalaşdırılması üçün addımların ardıcıllığı
 
İnvestisiya layihələrinin hazırlanması zamanı minimal tələblərin 3-cü (Layihə haqqında məlumatlar), 10-cu (Maliyyə planı) və 11-ci (İnvestisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsi) bölmələri üzrə məlumatların düzgün və vahid metodologiya əsasında formalaşdırılmasını təmin etmək məqsədi ilə aşağıdakı köməkçi fayllardan istifadə oluna bilər:
 
input.xlsm – layihə üzrə ilkin məlumatların daxil edilməsi üçün nəzərdə tutulmuş fayl;
hesablama.xlsm – maliyyə proqnozlarının və hesablamaların aparılması üçün nəzərdə tutulmuş fayl;
videotəlimat – fayllardan istifadə qaydasını izah edən səsli video təlimat.
 
Addımların ardıcıllığı:
 
1. İnvestisiya layihəsi üzrə bütün ilkin məlumatlar video təlimatda göstərilmiş qaydada input.xlsm faylına daxil edilir.
2. Daxil edilmiş məlumatlar video təlimatda göstərilmiş qaydada input.xlsm faylından hesablama.xlsm faylına yüklənir və avtomatik olaraq hesablamaların aparılması təmin olunur.
3. input.xlsm faylının KSM vərəqində əks olunan məlumatlar biznes planın 3-cü bölməsinə kopyalama və yerləşdirmə üsulu ilə köçürülür.
4. hesablama.xlsm faylının Statements vərəqində formalaşan maliyyə hesabatları biznes planın 10-cu bölməsinə kopyalama və yerləşdirmə üsulu ilə köçürülür.
5. hesablama.xlsm faylının OUTPUT vərəqində əks olunan nəticələr biznes planın 11-ci bölməsinə kopyalama və yerləşdirmə üsulu ilə köçürülür.